Şirkət haqqında
IntellectSoft (“intellect” – ağıl və “software” – proqram təminatı) müəssisə resurslarının planlaşdırılması (ERP) sistemləri və proqram təminatı məhsulları hazırlayan innovativ texnologiya şirkətidir. Şirkət Azərbaycan, Türkiyə və Qazaxıstan bazarları üçün hazırladığı müasir və miqyaslana bilən həllərlə bizneslərin rəqəmsal transformasiya proseslərinə strateji töhfə verir.
IntellectSoft-un məhsulları şirkətlərin gündəlik əməliyyatlarını sadələşdirir, maliyyə və əməliyyat proseslərini mərkəzləşdirir, idarəetmə və qərarvermə mexanizmlərini sürətləndirir, resurslardan daha səmərəli istifadəni təmin edir. Müxtəlif sahələrə uyğunlaşdırıla bilən çevik infrastrukturu sayəsində müəssisələrə təhlükəsiz, inteqrasiya olunmuş və davamlı idarəetmə modeli təqdim edir.
Şirkətin uğurunun arxasında peşəkar proqram mühəndisləri, biznes analitikləri, maliyyə və ERP məsləhətçilərindən ibarət güclü və təcrübəli komanda dayanır. IntellectSoft texnoloji bilik və sektoral ekspertizanı birləşdirərək müştərilərinə yüksək keyfiyyətli, etibarlı və uzunmüddətli həllər təqdim etməyi hədəfləyir.
İnnovasiya, təhlükəsizlik və səmərəlilik yönümlü yanaşması ilə IntellectSoft təşkilatların daha çevik, şəffaf və rəqabətqabiliyyətli struktura malik olmasına töhfə verən güclü texnologiya tərəfdaşıdır.
IntellectSoft-un istifadəyə verdiyi məhsullardan biri İDRIS müəssisə resurslarının planlaşdırılması sistemidir. iDRIS şirkətlərin maliyyə proseslərini mərkəzləşdirir, real vaxt rejimində uçot və hesabatlılıq imkanı yaradır, həmçinin məlumatların təhlükəsizliyini və əməliyyatların dəqiqliyini təmin edir. Platforma müəssisələrə prosesləri optimallaşdırmaq, əməliyyat xərclərini azaltmaq və qərarvermə prosesini sürətləndirmək imkanı verir.
Bizə qoşul